Portuqaliya millisinin sabiq hücumçusu Uqu Almeyda Kriştiano Ronaldunun yığma karyerasını başa vurmaq qərarına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Almeyda Ronaldunun ölkəsinə və milliyə verdiyi töhfələrin misilsiz olduğunu vurğulayıb: "O, ölkəsinə və milli komandaya bu qədər çox şey verən bir insandır və kral kimi vida mərasiminə layiqdir. Amma əgər o, bunun ən doğru qərar olduğuna inanır və özü ilə barışıbsa, mən onun seçimini tam dəstəkləyirəm".