Ruben Amorim oyunların əhəmiyyətinə fərqli yanaşmanı tənqid edib.
Offsideplus.az xəbər verir ki, "Milan"ın baş məşqçisi bildirib ki, yalnız zəif komandalar qarşılaşmaları böyük və kiçik olaraq ayırır:
"Həftə ərzində "Bolonya" ilə oyundan əvvəl bütün azarkeşlər deyirdi: 'Derbidə uğurlar.' Mən bunu anlamıram, çünki bizim üçün həmin anda ən vacib rəqib "Bolonya" idi. Belə yanaşma olmamalıdır, bu, kiçik komanda düşüncəsidir. Kiçik komandalar yalnız böyük oyunlar barədə düşünür. Amma belə deyil, hər oyun böyükdür. "Ferentsvaroş" ilə matç mənə komandam haqqında "İnter"lə oyundan daha çox məlumat verəcək. "İnter"lə qarşılaşmalara baxın, son səkkiz oyunun dördündə qalib gəlmişik. Bu qələbə mənim üçün yeni heç nə demədi. Amma "Ferentsvaroş" ilə oyun komandam barədə çox şeyi göstərəcək".
Qeyd edək ki, "Milan" 28 oktyabrda "Bolonya"ya 2:4 hesabı ilə uduzub, 31 oktyabrda isə "İnter"i 3:1 hesabı ilə məğlub edib.


