Kriştiano Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı hücumçunun bu qərarına "Real Madrid" hələlik heç bir münasibət bildirməyib. Madrid klubu nə rəsmi saytında, nə də sosial şəbəkə hesablarında Ronaldunun yığmadan ayrılması ilə bağlı paylaşım etməyib.

Ronaldunun çıxış etdiyi digər klublar – "Sportinq", "Mançester Yunayted", "Yuventus" və "Əl-Nəsr" isə portuqaliyalı futbolçuya həsr olunmuş paylaşımlar ediblər.

Qeyd edək ki, Kriştiano Ronaldu "Real Madrid" tarixinin ən məhsuldar oyunçusudur. O, Madrid təmsilçisinin heyətində 438 oyunda 450 qol vurub.