Karlos Alkaras 2025-ci ildə 70-ci qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı tennisçi ATP Final turnirinin qrup mərhələsində Lorentso Muzettini məğlub edərək bu rəqəmə çatıb.
22 yaşlı idmançı 2009-dan bəri il ərzində 70 qələbəyə çatan ən gənc tennisçi olub.
Sonuncu dəfə bunu Novak Cokoviç bacarmışdı.
Qeyd edək ki, Alkaras bu qələbə ilə qrupunu lider bitirərək yarımfinala yüksəlib.



