III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol üzrə üçüncü yer uğrunda matç baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın qızlardan ibarət millisi Özbəkistana qalib gələrək (3:1) bürünc medal qazanıb.

Qeyd edək ki, voleybol yarışlarına bu gün, oktyabrın 6-da yekun vurulacaq. Finalda Belarus və Rusiya komandaları qarşılaşacaqlar.