Azərbaycanın 15 yaşadək qadınlardan ibarət voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb.

Offsideplus.az xəbər verir ki, A qrupunun oyunu çərçivəsində Gəncə İdman Sarayında Tacikistanla qarşılaşıb.

Görüş millimizin qələbəsi ilə başa çatıb - 3:0 (25:9, 25:14, 25:13).

Qeyd edək, Azərbaycan milli komandası növbəti oyununu oktyabrın 3-də Özbəkistana qarşı keçirəcək.