Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunları yekunlaşır.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün qrupda beşinci matçına çıxıb. Yığmamız Niderland seçməsi ilə üz-üzə gəlib.

İlk setdə qələbə qazansaq da, növbəti setlərdə üstün olan niderlandlar qələbə qazanmağı bacarıb - 3:1. 

C qrupunun bugünkü ilk oyunu artıq baş tutub. Rumıniya İspaniyanı set vermədən məğlub edib - 3:0.

18:30. Azərbaycan – Niderland 1:3 (25:15, 16:25, 22:25, 19:25)

Beləliklə, yığmamız qrupu 3-cü yerdə başa vurub və növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd ki, millimiz daha əvvəl Portuqaliya (3:1), İspaniya (3:0) və Rumıniyanı (3:2) məğlub edib, Belçikaya (0:3) isə uduzub. Komandamız artıq pley-offa vəsiqəni təmin edib.

Xal durumu: Belçika – 13 xal, Niderland – 12, Azərbaycan – 8, Rumıniya – 6, Portuqaliya – 5, İspaniya – 1.

Qeyd edək ki, C qrupunun qarşılaşmaları Milli Gimnastika Arenasında keçirilir.