Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dondurub.

Offsideplus.az xəbər verir ki, buna səbəb Rusiya tərəfinin İdman Arbitraj Məhkəməsinin (CAS) qərarını icra etməməsidir. CAS-ın mart ayındakı qərarına əsasən, Rusiya Şahmat Federasiyası 90 gün ərzində Krım, LXR, DXR, Xerson və Zaporojye ərazilərindəki bütün fəaliyyətini dayandırmalı idi. Öhdəlik vaxtında yerinə yetirilmədiyi üçün FİDE sanksiya tətbiq edib.

Qurumdan bildirilib ki, bu qərar yalnız federasiyaya şamil olunur və rusiyalı şahmatçıların fərdi şəkildə (neytral statusda) beynəlxalq turnirlərdə iştirakına mane yaratmır.