"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov hazırda İspaniyanın Barselona şəhərindədir.

Offsideplus.az xəbər verir ki, bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib:

"Qurban Qurbanov "Barselona" klubunun bazasındadır. Bu gün də daxil olmaqla, 3 gün səfərdə olacaq. Səfər zamanı Hansi Flik və məşqçi heyəti ilə görüş nəzərdə tutulub".

Təcrübəli mütəxəssis ötən günlərdə Flikin "Barselona"sının oyun stilini çox bəyəndiyini demişdi.