Azərbaycan güləşçisi III MDB Oyunlarının qalibi olub.
Offsideplus.az xəbər verir ki, Gəncə İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Elşad Abbasov finalda belaruslu Tsimafey Semianenka ilə qarşılaşıb.
51 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz rəqibinə 6:0 hesabı ilə qalib gələn idmançımız qızıl medala yiyələnib.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.



