AFFA U-13 Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, "Sabah" "Turan Tovuz"u, "Neftçi" isə "Ulduz"u mübarizədən kənarlaşdırıb.
"Bayquşlar" hər iki oyunda qalib gələrək (2:1 və 7:0), finala vəsiqə qazanıb.
Qeyd edək ki, iyunun 12-də keçiriləcək həlledici matçda "Sabah" və "Neftçi" qarşılaşacaq.
U-13 Liqası
Yarımfinal, ilk oyun
Turan Tovuz - Sabah 1:2
Qollar: Hüseyn Musayev (2)
Yarımfinal, cavab oyunu
Sabah - Turan Tovuz 7:0
Qollar: Hüseyn Musayev (4), Yusif Ağayev (2), Amal Şıxkərimzadə.