Futbol dünyasında ən çox qol vuran aktiv futbolçuların siyahısı tərtib edilib.
Offsideplus.az bu siyahını təqdim edir.
Futbol tarixinin ən məhsuldar hücumçularından biri olan Kriştianu Ronaldu qol sayında zirvədəki yerini qoruyur.
Portuqaliyalı ulduz artıq 946 qol vuraraq futbolda “ən çox qol vuran aktiv oyunçu” statusunu möhkəmləndirib.
Onun əzəli rəqibi Lionel Messi isə 890 qolla ikinci pillədə qərarlaşıb. Ardınca Robert Levandovski (722), Luis Suares (599) və Karim Benzema (501) gəlirlər.
Son illərin ən formda hücumçularından Herri Keyn (473) və Kilian Mbappe (393) də siyahıda öz yerini tapıb.
Aşağıda dünyanın aktiv ən çox qol vuran futbolçularının ilk 10-luğunu təqdim edirik ????
Sıra Futbolçu Qol sayı
⚽ 1 Kriştianu Ronaldu 946
⚽ 2 Lionel Messi 890
⚽ 3 Robert Levandovski 722
⚽ 4 Luis Suares 599
⚽ 5 Karim Benzema 501
⚽ 6 Herri Keyn 473
⚽ 7 Edinson Kavani 462
⚽ 8 Edin Dzeko 452
⚽ 9 Hulk 446
⚽ 10 Neymar 445
Siyahının davamında Oskar Kardoso, Vaqner Lav, Romelu Lukaku, Məhəmməd Salah, Erling Haaland, Antuan Qrizmann, Olivye Jiru, Mauro İkardi kimi ulduz futbolçular yer alır.
Futbolda bu rəqəmlər hər mövsüm dəyişsə də, görünən odur ki, Ronaldu və Messi hələ də futbol tarixində iz qoymaqda davam edirlər.



