Misli Premyer Liqasının I turunun “Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədovun son durumu bəlli olub.

Offsideplus.az xəbər verir ki, sağ ayağının çarpaz bağlarının qopduğu müəyyənləşən müdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Əhmədov təxminən 6 ay yaşıl meydanlardan kənar qalacaq. 

Qeyd edək ki, Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo bərpa prosesini davam etdirirlər.