"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının l təsnifat mərhələsində cavab oyununa çıxıb.
Offsideplus.az-ın məlumatına görə, "qırmızı-qaralar" Niderlandda yerli “Alkmaar” komandası ilə cavab matçında qarşılaşıb.
Xorvatiyalı Dario Belin idarə etdiyi qarşılaşmaya Azərbaycan təmsilçisinin ağır məğlubiyyəti ilə başa çatıb.
Qəbələdəki ilk görüşdə də Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanmışdı. Beləliklə, hər iki oyunda böyük hesabla uduzan “Qəbələ” mübarizəni erkən dayandırıb.
UEFA Gənclər Liqası
Cavab oyunu
19:00. AZ (Niderland) - "Qəbələ" (Azərbaycan) 7:0
Qollar: Qol: Nik Koster, 4; 36. F.D.Yonq, 17. M.V.Brederode, 43. V.Aken, 60. T.Kerssens, 63. M.Meerdink, 72.
Baş hakim: Dario Bel (Xorvatiya)
Alkmar, "AZ Təlim-Məşq Mərkəzi”.



