Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.
Offsideplus.az-ın məlumatına görə, Turun açılış matçında “Səbail”lə “Keşlə” üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüşdə qonaqlar qələbəyə sevinən tərəf olub.
Günün digər qarşılaşması isə “Qəbələ” ilə “Zirə” arasında baş tutub. Bu oyunda hesabı qonaqlar açsa da, sonda meydan sahibləri bərabərlik qolunu vurublar. Beləcə, bu komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Azərbaycan Premyer Liqası
VII tur
16 oktyabr (şənbə)
“Səbail” – “Keşlə” - 1:2
Qol: Tərlan Quliyev, 68 (0:1), Rauf Əliyev, 71 (1:1), Abanq, 81 (1:2)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.
17:00. “Qəbələ” – “Zirə” 1:1
Qol: Cəlal Hüseynov, 18, Ülvi İsgəndərov, 79
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu.



