Londonun "Arsenal" klubunda çalışan işçilər mümkün ixtisarlarla bağlı narahatlıq keçirir.
Offsideplus.az xəbər verir ki, klub xərclərin azaldılması məqsədilə Boston Consulting Group konsaltinq şirkəti ilə əməkdaşlığa başlayıb. Məqsəd klubun fəaliyyətini təhlil etmək və biznesin səmərəliliyini artırmaq yollarını müəyyənləşdirməkdir.
Hazırda yekun qərar qəbul edilməyib və işçilərə rəsmi şəkildə heç bir dəyişiklik barədə məlumat verilməyib. Buna baxmayaraq, kollektivdə məsləhətçilərin cəlb olunmasından xəbərdar olan bir çox əməkdaş mümkün ixtisarlarla bağlı narahatdır.
Klubun maliyyə hesabatı son yeddi il ərzində ardıcıl zərər göstərir. 2024/25 mövsümünə aid göstəricilərdə isə əməliyyat xərclərinin 148 milyon funt sterlinqdən 201 milyon funt sterlinqə yüksəldiyi qeyd olunub.


