Madrid "Atletiko"nun kapitanı Koke Xulian Alvaresin ətrafında yaranan vəziyyətə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu bu yay "Atletiko"dan ayrılmaq istəsə də, Çempionlar Liqasında "Liverpul"a qarşı keçirilən oyunda (1:2) ilk dəfə əsas heyətdə meydana çıxıb.

Koke bildirib: "Artıq bu mövzudan yorulmuşuq. Onu rahat buraxmaq, həyatından zövq almağa, işini görməyə və futbol oynamağa imkan vermək lazımdır. Hamımız onunla bağlı müdaxilələri dayandırmalıyıq, çünki yayda mediada yaranan səs-küy hamımızı yordu. Ümid edirəm ki, onu rahat buraxacaqlar və işinə davam edəcək".