Braziliyalı yarımmüdafiəçi Savinyo "Mançester Siti"dən "Tottenhem"ə keçib.

Offsideplus.az xəbər verir ki, London klubu transferi rəsmi olaraq açıqlayıb. Müqavilənin dəyəri 85 milyon funt sterlinq (təxminən 99 milyon avro) təşkil edib.

Ötən mövsüm Savinyo Premyer Liqada "Mançester Siti"nin heyətində 24 oyunda meydana çıxıb, bir qol və bir assistlə yadda qalıb.