UFC-nin ulduz döyüşçüsü Xamzat Çimayev Arman Tsarukyan və Xorxe Masvidalın birgə fotosuna münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, Tsarukyan öz sosial şəbəkəsində American Top Team zalında Masvidalla çəkilmiş şəklini paylaşıb. Çimayev həmin paylaşımın şərh bölməsində Masvidal barədə "O, zəifdir" yazıb.

Arman növbəti döyüşünü 20 sentyabrda UFC 331-də Maurisio Ruffi ilə keçirəcək. Xorxe Masvidal isə UFC-yə qayıtmaq üçün danışıqlar aparır və ilin sonu və ya gələn ilin əvvəlində Leon Edvardsla qarşılaşa bilər.