Çempionlar Liqasının son qalibi "PSJ" Avropa Superkubokunda "Aston Villa"nı 2:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, bununla da Çempionlar Liqasının qalibləri ardıcıl səkkizinci dəfə Superkuboka sahib çıxıb. Avropa Liqasının sonuncu qalibi kimi Superkuboku qazanan son komanda isə 2018-ci ildə Dieqo Simeonenin rəhbərlik etdiyi "Atletiko" olub. Həmin vaxt Madrid təmsilçisi "Real Madrid"i 4:2 hesabı ilə üstələyib.

Sonrakı illərdə isə Superkuboku yalnız Çempionlar Liqasının qalibləri - "Liverpul", "Bavariya Münhen", "Çelsi", "Real Madrid" (iki dəfə), "Mançester Siti" və "PSJ" (iki dəfə) qazanıb.