İspaniyalı mütəxəssis Xavi Niderland milli komandasının baş məşqçisi vəzifəsinə gətirilib.

Offsideplus.az xəbər verir ki, Niderland Kral Futbol İttifaqı 46 yaşlı çalışdırıcının yığmaya rəhbərlik edəcəyini açıqlayıb. Tərəflər arasında müqavilə 2030 Dünya Çempionatına qədər nəzərdə tutulub.

Xavi bu postda Ronald Kumanı əvəzləyib. Kuman 2026 Dünya Çempionatından sonra vəzifəsini tərk edib.

Xavinin son iş yeri 2021-2024-cü illərdə baş məşqçi olduğu "Barselona" olub.