PSJ qətərli sahiblərin rəhbərliyi altında 43-cü titulunu əldə edib.
Offsideplus.az xəbər verir ki, Luis Enrikenin başçılıq etdiyi Paris təmsilçisi bu gün "Aston Villa" üzərində 2:1 hesablı qələbə ilə Avropa Superkubokunu qazanıb.
2011/12 mövsümündən, klubun Qətər investorlarına satılmasından sonra "Paris Sen-Jermen" ümumilikdə 43 titul əldə edib. Onlardan 38-i Fransa daxilində qazanılıb. Eyni müddətdə digər bütün Fransa klubları cəmi 15 titul əldə edib və yalnız "Lill" və "Lion" iki dəfə kubok qaldıra bilib.


