"Trabzonspor"un baş məşqçisi Fatih Tekke klubunun bu payız "Zenit"lə yoldaşlıq oyunu keçirməyi planlaşdırdığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, bu barədə belə deyib:
"Düşünürəm, bu payız "Zenit"lə yoldaşlıq oyunu keçirəcəyik".
Qeyd edək ki, F. Tekke futbolçu karyerası dövründə Sankt-Peterburq təmsilçisinin heyətində çıxış edib. Bu yay "Zenit" "Trabzonspor"dan hücumçu Felipe Auqustonu transfer edib.


