Avropanın "Böyük beşlik" liqalarında bir mövsüm ərzində ən çox qol vuran komandaların siyahısı yenilənib.
Offsideplus.az xəbər verir ki, uzun illərdir dəyişməz qalan tarixi rekordlar sırasına cari mövsümdə göstərdiyi performansla "Bayern Münhen" də daxil olub.
Siyahıya 1947-48 mövsümündə 40 oyuna 125 qol vuran İtaliyanın "Torino" klubu başçılıq edir. Müasir futbolda isə bu göstəriciyə ən çox yaxınlaşan komanda 2011-12 mövsümündə 121 qol vuran "Real Madrid" olub.
Siyahının ən diqqətçəkən məqamı 2025-26 mövsümündə Almaniya təmsilçisi "Bayern Münhen"in göstərdiyi nəticədir. Münhen klubu cəmi 29 oyuna 105 qol vuraraq, siyahıdakı bir çox nəhəngi geridə qoyub və 18-ci pilləyə yüksəlib.
Qeyd edək ki, digər klublar bu sayda qolu 38 və ya 40 oyuna vurduğu halda, Almaniya nəhəngi daha az oyunla bu rekorda imza atıb.
Avropa liqaları tarixində bir mövsümdə ən çox qol vuran ilk 10 komanda:
- "Torino" – 125 qol (1947-48) / 40 oyun
- "Real Madrid" – 121 qol (2011-12) / 38 oyun
- "Real Madrid" – 118 qol (2014-15) / 38 oyun
- "Milan" – 118 qol (1949-50) / 38 oyun
- "Barselona" – 116 qol (2016-17) / 38 oyun
- "Barselona" – 115 qol (2012-13) / 38 oyun
- "Barselona" – 114 qol (2011-12) / 38 oyun
- "Barselona" – 112 qol (2015-16) / 38 oyun
- "Real Madrid" – 110 qol (2015-16) / 38 oyun
- "Barselona" – 110 qol (2014-15) / 38 oyun
- "PSJ" – 108 qol (2017-18) / 38 oyun
- "Monako" – 107 qol (2016-17) / 38 oyun
- "Real Madrid" – 107 qol (1989-90) / 38 oyun
- "İnter" – 107 qol (1950-51) / 38 oyun
- "Milan" – 107 qol (1950-51) / 38 oyun
- "Mançester Siti" – 106 qol (2017-18) / 38 oyun
- "Real Madrid" – 106 qol (2016-17) / 38 oyun
- "Bayern Münhen" – 105 qol (2025-26) / Cəmi 29 oyun!
- "PSJ" – 105 qol (2018-19) / 38 oyun
Siyahıda "Barselona" və "Real Madrid" klublarının mütləq üstünlüyü hiss olunur. Fransanı siyahıda PSJ və "Monako", İngiltərəni isə "Mançester Siti" təmsil edir.


