Fransa Superkuboku üzrə mövsümün finalı keçirilib.

Offsideplus.az xəbər verir ki, finalda Ölkə derbisi baş tutub.

PSJ hesabı açıb. Usman Dembele fərqlənib. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə "Marsel"dən əvvəlcə Meyson Qrinvud penaltidən fərqlənib. PSJ-dən Paço topu öz qapısına yollayıb. Bir qədər əvvəl Qonçalo Ramos hesaba tarazılıq gətirib.

Oyunun əsas vaxtı 2:2 hesabla başa çatıb və tərəflər penaltilər seriyasına yollanıb.

Orada daha dəqiq oynayan parislilər 4:1 hesabla qalib gəlib və tarixlərində 14-cü dəfə Fransa Superkubokunu qazanıb.