Formula 1-də mövsümün sonuna 6 yarış qalıb.

Offsideplus.az xəbər verir ki, keçmiş dünya çempionu Jak Vilnöv çempionluq üçün əsas namizədin Maks Ferstappen olduğunu düşünür:

"Mənim çempionluq üçün namizədim Ferstappendir. Və bu, onun indiyə qədərki ən böyük çempionluğu olacaq.

İki "Maklaren" pilotu da təzyiqə dözə bilmir. Onların oyanma vaxtıdır".

Qeyd edək ki, çempionata hazırda 336 xalla "Maklaren" pilotu Oskar Piastri başçılıq edir. Komanda Lando Norris 22 xal fərqlə ikincidir. Ferstappen 273 xalla üçüncü yerdədir.