Formula 1 Çin Qran-prisində mübarizə davam edir.
Offsideplus.az xəbər verir ki, sabahkı əsas yarışın təsnifat mərhələsi baş tutub.
"Mersedes"in pilotu Kimi Antonelli rekorda imza atıb. 19 yaşlı sürücü F1 tarixində poul qazanan ən gənc pilot olub.
Onun komanda yoldaşı Corc Rassell 2-ci yerin sahibi olub. Sabah 3-cü yerdən isə "Ferrari"nin üzvü Lyuis Hemilton start götürəcək.
Sabah ilk onluqda yarışa başlayacaq digər pilotlar isə bunlardır:
4. Şarl Lekler ("Ferrari")
5. Oskar Piastri ("Maklaren")
6. Lando Norris ("Maklaren")
7. Pyer Qazli ("Alpin")
8. Maks Ferstappen ("Red Bull")
9. İsak Hacar ("Red Bull")
10. Oliver Bermən ("Haas")
Qeyd edək ki, əsas yarış sabah Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.


