Niderland Birinci Futbol Liqasında (Erediviziya) 2025/2026 mövsümünün qalibi bəlli olub.
Offsideplus.az xəbər verir ki, turnir cədvəlinin lideri PSV çempionatın bitməsinə 5 tur qalmış çempionluğunu riyazi olaraq təmin edib.
Eindhoven təmsilçisinin ən yaxın izləyicisi olan "Feyenoord" klubunun səfərdə "Volendam" ilə qolsuz bərabərliyə (0-0) razılaşması çempionluq yarışına nöqtə qoyub. Bu nəticədən sonra xal fərqi 17-yə yüksəlib ki, bu da qalan həftələrdə rəqiblərin "PSV"yə çatmasını qeyri-mümkün edib.
Baş məşqçi Peter Boszun rəhbərliyi altında çıxış edən komanda bu mövsüm nümayiş etdirdiyi üstün oyunla yadda qalıb.
Komanda ardıcıl 3-cü dəfə Niderlandın ən güclüsü olub. Bu, PSV klubunun tarixində qazandığı ümumi 27-ci liqa çempionluğudur.
Bu qələbə ilə PSV həm ölkə daxilindəki hegemonluğunu qoruyub, həm də gələn mövsüm Çempionlar Liqasında birbaşa iştirak hüququnu qazanıb.
#baki #baku #bakuws #bakuws1


