Uruqvay milli komandası və baş məşqçi Marselo Bielsa arasında gərginlik yaşanır.
Offsideplus.az xəbər verir ki, Federiko Valverde, həmçinin Serxio Roşet, Manuel Uqarte və Rodriqo Bentankur Bielsa ilə görüşərək onun məşq metodlarından narazı olduqlarını bildiriblər.
Futbolçular hesab edirlər ki, baş məşqçi komandaya həddindən artıq təzyiq göstərir. Onlar İspaniya milli komandasına qarşısında daha çox əks-hücum futboluna əsaslanan oyun tərzi tələb edirlər. Onlar həmçinin məşqlərin həddindən artıq intensiv olmasından və bunun bəzi komanda yoldaşlarının zədələnməsinə səbəb olmasından şikayətlənirlər.
Qeyd edək ki, Uruqvay - İspaniya matçı sabah Bakı vaxtı ilə saat 04:00-da keçiriləcək.


