"Turan Tovuz"un mərkəz müdafiəçisi Roderik Miller Panama millisinin DÇ-2026 üçün açıqlanan yekun heyətinə dəvət alıb.
Offsideplus.az xəbər verir ki, yığmanın baş məşqçisi Tomas Kristiansen 34 yaşlı təcrübəli futbolçunu mundiala aparacağı heyətə daxil edib.
Qeyd edək ki, builki dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.
Panama millisi turnirin L qrupunda Xorvatiya, İngiltərə və Qana yığmaları ilə gücünü sınayacaq.


