AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, iclasda bu qərarlar qəbul edilib:

I liqada III turun “Baku Sportinq” – “’Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə ev sahibi 600 manat cərimə edilib. 

MOİK – “’Zaqatala” oyununda qonaqların nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə bölgə klubu 300 manat cərimə edilib.