"Neftçi"dən ayrılan yunan futbolçu Vangelis Platellasın yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

O, Larisa AEL-i ilə 2 illik müqavilə imzalayıb.  

Qeyd edək ki, Vangelis Platellas 2019-cu ilin yanvarında "Neftçi"yə keçmişdi.