Uelsin "Kardif" klubunun yeni transferi  Emiliano Salanın da içində olduğu itən təyyarə tapılıb.

Offsideplus.az Britaniya mətbuatına istinadən  xəbər verir ki, təyyarənin qırıntıları Qernsi adası yaxınlığında, La-Manş boğazının dibində aşkarlanıb. Bu barədə Salanın və təyyarənin pilotu Aybbotsonun ailəsinə məlumat verilib. Onların meyitlərinin tapılıb-tapılmadığı barədə xəbər yoxdur.

Axtarışları xüsusi maliyyələşdirilmiş bir kommersiya şirkəti aparıb.