Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının EuroBasket 2029-un ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, İsveçrənin Mies şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, yığmamız A qrupunda mübarizə aparacaq. Basketbolçularımız qrup mərhələsində İsveçrə, İslandiya və İrlandiya seçmələri ilə qarşılaşacaqlar.

Xatırladaq ki, ilkin seçmə mərhələsinin oyunları iki pəncərə daxilində - 2026-cı ilin 8-18 noyabr və 2027-ci ilin 7-17 fevral tarixlərində baş tutacaq.