"Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu "Real Madrid"ə keçməkdə maraqlıdır.24 yaşlı müdafiəçi məhz "kral klubu"ndan təklif gözlədiyi üçün bir neçə Avropa təmsilçisinin dəvətini artıq geri çevirib.

Konate hələlik "Liverpul"la yeni müqavilə imzalamağa tələsmir.

O, 2021-ci ildə "Leyptsiq"dən 40 milyon avro qarşılığında İngiltərə klubuna transfer olunub. Onun "qırmızılar"la hazırkı sözləşməsi bu yay başa çatır.

Fransalı müdafiəçi cari mövsümdə Mersisayd təmsilçisinin heyətində bütün turnirlərdə ümumilikdə 41 matça çıxıb və 2 qolla yadda qalıb.