"Əvvəllər bu sahədə bir neçə federasiya fəaliyyət göstərirdi. İndi hamısı bir çətir altında işləyəcək".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti Muxtar Babayev söyləyib.
O bildirib ki, bu idman növünün inkişafı üçün əlindən gələni edəcək: "Yeni infrastruktur yaradacağıq. Bunun üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edəcəyik. Dağ turizmi ilə maraqlananlar var. Bunun üçün həmin şirkətlərlə görüş keçirəcəyik".
M.Babayevin sözlərinə görə, futbolda işlədiyi müddətdə yığdığı təcrübə ona kömək edəcək: "Sumqayıt" klubunun Müşahidə Şurasında çalışmağım köməyimə çatacaq. Orda olan təcrübəmi burada tətbiq etməyə çalışacağam".
Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyasının əvvəlki prezidenti Nizami Mursaqulov olub.


