Azərbaycan bayrağı Portuqaliyanın və eləcə də, Atlantik okeanın ən hündür zirvələrindən biri olan Piko dağında dalğalanıb.
Offsideplus.az xəbər verir ki, "landdessam" layihəsi çərçivəsində gənc alpinistimiz Samir Əziz Avropanın 48 ölkəsinin ən hündür zirvəsinə getməyi və bayrağımızı həmin zirvələrə sancmağı düşünür. Pandemiya səbəbindən layihəyə bir az gec - iyulun 5-i 2020-ci ildə Portuqaliyanın ən yüksək zirvəsinə çıxmaqla start verilib.
Layihənin məqsədi Azərbaycanı tanıtmaq və Azərbaycanla bağlı digər Avropa ölkələrinin ortaq nöqtələrini kəsişdirərək yeni bir kontent yaratmaqdır.
Bu zirvəyə tamamilə tək dırmanan dağçımızın başladığı nöqtənin hündürlüyü 94 metr, zirvə 2351 metr yüksəklikdə idi.
Təxminən 10 saatlıq yürüşdən sonra zirvəni fəth edib, dağın ətəyindəki "Mountain House"-a çataraq, zirvə yürüşü tamamlanıb.


