"Ayaks" Çempionlar Liqasında səfərdə "Qarabağ"ı 4:2 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, Amsterdam klubunun baş məşqçisi Fred Qrim qələbəni dəyərləndirib:

"Çox gözəl oyun oldu. Rəqibin qolları da yaxşı ıdi. Onların da şansı var idi ki, qələbə qazansınlar. 2:1 geri düşəndən sonra bizim üçün çətin idi. Ancaq sonda qələbə qazanmağı bacardıq".