Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Qırğızıstan milli komandasını çalışdıracaq.
Onunla 13 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, R. Prosineçki 2014-17-ci illər arasında yığmamızı çalışdırıb. O, Azərbaycan milli komandasının ən uğurlu baş məşqçisi hesab olunur.



