"Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

Offsideplus.az xəbər verir ki, onlar azad agent olan Takehiro Tomiyasu ilə 6 aylıq müqavilə imzalayacaq.

Yaponiyalı futbolçu özünü doğrultsa, yayda onunla müqavilənin müddəti uzadılacaq.

T. Tomiyasu son olaraq "Arsenal"da çıxış edib. Bu ilin yayında onun müqaviləsinə xitam verilmişdi.

Qeyd edək ki, "Ayaks" bu gün Bakıda "Qarabağ"la qarşılaşacaq.