"Fənərbağça"nın kapitanı Mert Hakan Yandaş hazırda həbsdədir.
Offsideplus.az xəbər verir ki, o, qanunsuz saytlarda mərc və qumar oynamaqda günahlandırılır.
Türkiyənin "Sabah" nəşri bu gün maraqlı bir xəbər dərc olunub.
Xəbərdə verilən məlumata görə M. Hakanın yaxın dostu Ersin Dikmen "Slaviya" (Praqa" - "Fənərbağça" matçında 15 dəfə "İsmail Yüksek ən az 3 dəfə qaydanı pozacaq" mərcini edib və mərc düzgün olub.
"Fənərbağça"nın "Ştutqart"la matçında isə o, 3 dəfə 2.93 əmsalı ilə “sarı vərəqə alacaq” mərcini edib və bu mərc 90+8-ci dəqiqədə İsmail sarı vərəqə alması ilə qalib olub.
Qeyd edək ki, Mert Hakan və Ersin Dikmen arasında böyük miqdarda pul alışverişi olub



