“Qarabağ”ı olduqca çətin oyun gözləyir”.

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

“Bu oyun pley-offa düşmək üçüb ən vacib matçlardan biridir. Düşünürəm ki, bu böyük şansdır. “Ayaks”ın 0 xalla autsayder olması “Qarabağ” üçün üstünlükdür. Buna baxmayaraq düşündüyümüz qədər asan oyun olmayacaq. Düzdür, “Ayaks”ın əsas altı oyunçusu Bakıya gəlməyib. Ancaq bu o demək deyil ki, komanda ikinci geyətlə gəlib. Unutmaq olmaz ki, futbolçuların hər biri “Ayaks”ın  formasını daşıyır. Məşqçi və nəsil dəyişikliyi səbəbindən “Ayaks” həmin “Ayaks” deyil. Demək olar ki, bu matçda ancaq öz imici üçün oynayacaq. “Qarabağ” çox çətin oyun gözləyir.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu bu gün, saat 21:45-də start götürəcək.