"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti matçına çıxır.
Offsideplus.az xəbər verir ki, rəqib keçmiş günlərindən uzaq olsa da, böyük tarixi olan "Ayaks"dır.
Ağdam təmsilçisi bu görüşdə qələbə qazanarsa, növbəti mərhələyə çıxmaq üçün böyük addım atacaq.
Kadi və Abbas Hüseynovdan başqa Qurban Qurbanovun komandasında itki yoxdur.
"Ayaks" ilk 5 oyunun hamısında məğlub olub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur
21:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland)
Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya)
VAR: Matej Juq (Sloveniya)
AVAR: Alen Borosak (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu



