Məhəmməd Salah 2018-ci ildə keçirilən Çempionlar Liqası finalını xatırlayıb.
Offsideplus.az xəbər verir ki, o, Serxio Ramosla arasında baş verən epizod barədə danışıb:
“O, gecə mənə zəng etdi ki, üzr istəyirəm və bu qəsdən deyildi, amma səsindən dürüst olmadığını hiss etdiyim üçün cavab verə bilmədim.
İnsanlar bunun sadəcə bir zədə olduğunu düşünür, amma o an anladım ki, hər kəs futbolu eyni hörmətlə oynamır. Bəzi oyunçular sənə məğlub olmaqdansa, səni sındırmağı üstün tuturlar".
Qeyd edək ki, həmin görüşdə Serxio Ramos güləş fəndindən istifadə edərək Salahı zədələmişdi. O, matçın 31-ci dəqiqəsində meydanı tərk etməli olmuşdu. Yekunda "Real Madrid" 3:1 hesabı ilə qələbə qazanaraq 13-cü Çempionlar Liqası titulunu əldə etmişdi.



