Lautaro Martines "İnter" klubunda növbəti rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu dünən keçirilən "Slaviya" ilə Çempionlar Liqası oyununda dubl edib.
Bununla da, o, "İnter"in heyətində qitənin ən mötəbər turnirində 7 fərqli mövsümdə qol vuran ilk futbolçu olub.
L. Martines "neradzuri" forması ilə ümumilikdə avrokuboklarda 67 oyunda 26 dəfə fərqlənməyi bacarıb.



