UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turunda "Qalatasaray" evdə "Liverpul"u qəbul edib.
Offsideplus.az xəbər verir ki, meydan sahibləri 1:0 hesablı qələbəyə seviniblər.
Oyun sonrasında komanda sevinərkən baş məşqçilər - Arne Slot və Okan Buruk qarşılaşıb. Lakin "Liverpul" baş məşqçisi "Qalatasaray"lı həmkarının əlini sıxaraq görüşməkdən imtina edib.
Bu anlar isə tribunanın diqqətindən yayınmayıb.



