Danimarkanın "Kopenhagen" klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turu çərçivəsində "Qarabağ"la oyuna hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klub bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Superliqa təmsilçisi geridə qoyduğumuz həftədə çempionat və kubokda qazandığı 2 qələbəni xüsusilə vurğulayıb:
"2 oyun və 2 qələbə ilə güclü bir həftə keçirdik. İndi Çempionlar Liqasında səfərdə "Qarabağ" gözləyir. Daha sonra isə 32 000 azarkeşin hazır olduğu Parkendə matçımız var".
Qeyd edək ki, "Kopenhagen" ÇL-də ilk oyununda "Bayer"lə heç-heçə edib (2:2), "Qarabağ" isə "Benfika" səfərindən 3:2 hesablı qələbə ilə qayıdıb.
"Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
View this post on Instagram



