"Liverpul" Çempionlar Liqası üçün UEFA-ya bildirdiyi heyətdə dəyişikliyə gedəcək.

Offsideplus.az xəbər verir ki, uzunmüddətli zədələnən Covanni Leoninin yerinə Federiko Kyeza daxil ediləcək.

Bunu "qırmızılar"ın baş məşqçisi Arne Slot açıqlayıb.

Kyeza cari mövsüm 5 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, UEFA-nın bu mövsüm etdiyi dəyişikliyə əsasən klublar uzunmüddətli zədələnən futbolçunu başqa biri ilə əvəz edə bilər.