UEFA Çempionlar Liqasının pley-offunda "Benfika" Kerem Aktürkoğlunun qolu ilə "Fənərbağça"nı mübarizədən kənarlaşdırıb. 

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" tezliklə Aktürkoğlunun transferini açıqlayacaq. Türk fubtolçu matçdan sonra paltardəyişmə otağında komanda yoldaşları ilə vidalaşıb. Bu barədə "Mais Futebol" nəşri məlumat yayıb. 

Qeyd edək ki, Aktürkoğlu qoldan sonra sevinməmiş, Portuqaliya komandasının oyundan sonra xatirə fotosunda da yer almamışdı.