Qarabağı təbrik edirəm. Şanslarımız oldu. Amma bəzən hədəfə düşə bilmirdik.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin deyib.
O, mətbuat konfransında bunları deyib: "Məğlub olmağa nifrət edirəm. Həm futbolçu olanda belə idi, həm də indi belədir. Oyun bitdi. Oyunları udursan ya da uduzursan."
Robbi Kin "Qarabağ"dan Kadini tərifləyib: "Kadi yaxşı oyunçudur. Mən onunla çox çalışmamışam. 2 həftə ola bilər, dəqiq bilmirəm. Bizim də Nabi Keyta kimi çox yaxşı oyunçularımız var."
O, məğlubiyyətə qarşı vecsiz yanaşıb: "Vecimə deyil. “Qarabağ” uğurlar arzulayıram. Mən öz komandama fokuslanmışam"
"Mənim futbol karyeramda nə etdiklərimin məşqçiliyimə heç bir dəxli yoxdur. Biz birlikdə güclü ola bilərik" - deyə Kin sözlərinə əlavə edib.



